Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar qanda şəkəri kəskin artırır – Xəbərdarlıq

  • 2019.11.15 16:27
  • 10350 Baxış
Bu qidalar qanda  şəkəri kəskin artırır –  Xəbərdarlıq

Hətta faydalı bildiyimiz bəzi ərzaqlar da sağlamlığa zərərlidir. Məsələn qanda qlükozanı kəskin artıran bəzi qidalar gələcəkdə sizi diabet xəstəsi edə bilər.


Medicina.az qlikemik indeksi 70-dən yuxarı olan ərzaqların hansı halda qlükozanı artırdırdığını təqdim edir:


Mütəxəssislər bildirir ki, çiy kökün qlikemik indeksi 40-dır. Amma onu bişirdikdə 85-ə qalxır. Ona görə bişirilmiş kök qanda şəkəri çox qaldırır.


Vitaminlərlə zəngin kabak və qarpız da istənilən halda qlikemik indeksi 80-ni keçir. 100 qramdan artıq yemək olmaz. 


Cilalanmış düyü (hazırda marketlərdə satılan ağ düyü) və kartof da 90 indeksi keçir. Bu ərzaqları da çox yemək olmaz. Cilalanmamış yabanı düyü isə indeksi 50-dir, o daha faydalıdır.