Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar qadın sağlamlığına daha çox zərər verir - Araşdırma

  • 2024.07.15 11:37
  • 695 Baxış
Bu qidalar qadın sağlamlığına daha çox zərər verir -  Araşdırma
Müntəzəm olaraq ultra işlənmiş qidaları istehlak edən qadınların otoimmün xəstəlikdən əziyyət çəkmə ehtimalının daha çox olduğu üzə çıxıb.

Medicina.az xəbər verir ki, bu, ABŞ-ın Harvard Universitetində aparılan araşdırma nəticəsində məlum olub.

Belə ki, süni dadlandırıcılar və konservantlarla dolu olan qidalardan çox istifadə edənlərin oynaq ağrıları, dəri səpgiləri və yorğunluğa səbəb olan lupus xəstəliyindən əziyyət çəkmə ehtimalının 56 faiz daha çox olduğu müəyyən edilib.

Bundan başqa, müntəzəm olaraq süni maddələrlə şirinləşdirilmiş içkilər və şəkərli qidalar qəbul edənlərin bu xəstəliyə tutulma riski 45 faiz çoxdur.

Alimlər piylənmə ilə lupus arasında heç bir əlaqənin olmadığını, xəstəliyin məhz bu cür qidaların tərkibindəki süni maddələrdən qaynaqlandığını bildiriblər.

Hazır yeməklərdə, dondurmada və bəzi dondurulmuş qidalarda olan maddələr əvvəllər xərçəng, Alzheimer və ürək problemləri də daxil olmaqla, bir sıra həyati təhlükəsi olan xəstəliklərlə əlaqələndirilmişdi.

Sistematik lupus eritematosus immunitet sisteminin səhvən bədəndəki sağlam toxumalara hücumu zamanı meydana gələn uzunmüddətli bir xəstəlik kimi tanınır.

Tədqiqatlar göstərir ki, İngiltərədə təxminən hər 1000 nəfərdən birində lupus var və xəstələrin 90 faizi qadınlardır.
Səbəbi tam başa düşülməsə də, əvvəllər bunun viral infeksiyalar, bəzi dərmanlar, günəş işığı və menopozla əlaqəli olduğu hesab edilirdi.

Bununla belə, Harvard Universitetinin "Arthrit Care And Research" tibb jurnalında dərc olunan araşdırması göstərir ki, xəstəliklə qidalara süni rəng, dad verən konservantlar arasında əlaqə ola bilər.

Bununla belə tədqiqatçılar onu da vurğulayıblar ki, həddindən artıq işlənmiş qidalar lupus üçün risk faktorlarından biri ola bilər, lakin tək səbəb bu deyil.

“Yüksək yağ və şəkər istehlakı olan insanlarda digər xəstəliklərə də daha çox rast gəlinir”, - deyə qeyd edilib.


Aysel