Sosis, kolbasa kimi məhsullar spremaya mənfi təsir göstərir.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssislər bu barədə həyəcan təbili çalırlar. Onların sözlərinə görə, doymuş yağ asidləri, vücuddakı sərbəst oksigen radikallarının artmasına səbəb olaraq spermanın keyfiyyətinə ziyan vurur. Bunun əksi olaraq dəniz məhsulları spermanın sayı və keyfiyyətində müsbət təsirə malikdir. Bu, aparılan araşdırmalar zamanı öz təsdiqini tapıb.
Elm adamları həmçinin kişi sonsuzluğunun müalicəsində müsbət effekt yaradan qida məhsullarının adlarını açıqlayıblar.
Həmin siyahını təqdim edirik:
Təbii meyvə və tərəvəzlərdən mütəmadi istifadə
Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları
Süd və süd məhsulları
Balıq
Təbii həyətdə saxlanılan ev toyuqları
Antioksidanlarla zəngin meyvə və tərəvəzlər
Yer fıstığı, lobya, brokoli.
Mütəxəssislər, bu qidaların kişi sonsuzluğu ilə mübarizə apararaq uğurlu nəticə əldə etməyə kömək edən vasitə adlandırıblar.