İnsanlar bəzən artıq çəkidən qurtulmaq üçün pəhriz saxlayır. Və ya ruhunu təmizləmək üçün müxtəlif rituallar edirlər. Bunu bəzən gündəlik olaraq ulduzların vəd etdiyi proqnozlarla da edirlər. Ruhun təmizlənməsi üçün rusların çox maraqlı üsulu məşhurdur. Bütünlükdə qidalardan imtina etmək düzgün deyil. Bu, bir növ dərin iradə tələb edir. Ruhunuzu təmizləməyə qərar verdiyiniz andan bir çox qidalardan imtina edəcəksiz.
Medicina.az Publika.az-a istinadən orqanizmi, mənəvi cəhətdən ruhunuzu təmizləməyə kömək edəcək qida rasionunu təqdim edir:
Ac qalmaq şərt deyil, doyunca, orqanizmin tələb etdiyi qidaları qəbul etmək olar. Aclıq hissini unudun. Mənəvi və fiziki yorğunluq hiss etməyəcəyiniz işlərlə başınızı qatın.
Dini inancları olan insanlar (müsəlmanlar da daxil) onsuz da müəyyən qida məhsullarından imtina edirlər, belə olan halda onlar üçün bu üsul daha çox rahat olur. Pəhrizi pozan əsas qidalar ət, yumurtalar, süd və süd məhsulları, eləcə də alkoqol tərkibli içkilərdən uzaq durmaq lazımdır.
Üstünlük xüsusilə taxıl məhsulları (çörək, sıyıqlar, yarmalardan hazırlanan məmulatlar), tərəvəzlər, meyvələr, giləmeyvələr, çərəz, göbələklər, bal, bitki yağları, ədviyyatlar və s-yə verilməlidir. Müəyyən günlərdə çox az miqdarda qırmızı şərabı (ən çox 1 qədəh) içməyə, balıq və dəniz məhsullarından istifadə etməyə icazə verilir.
Hamilə qadınlar riayət etməsə də olar
Belə bir inanc var ki, qadın hamilə ikən övladı ilə birlikdə yenidən doğulur. Hamilə qadınların ruhunu bətnindəki övladı təmizləyir. Ruhun təmizlənməsi ritualına uşaq əmizdirən qadınlar, xəstələr və beş yaşa qədər uşaqlar qoşula bilməz. Yaşca daha böyük olan uşaqlar isə bu üsuldan istifadə edərək mənəvi təmizləyə bilər.