Son zamanlar infarkt halları çoxalıb. Ürək və damar sağlığını qoruyaraq bu riski azaltmaqda bəzi qidaların faydası əvəzsizdir.
Medicina.az sizə həmin faydalı qidaları təqdim edir:
Yulaf
Lif səviyyəsi yüksək olan yulaf pis xolesterola mane olaraq həzmə də kömək edir.
Qırmızı meyvələr
Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini azaldaraq damarları genişləndirir.
Nar
Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir və qandakı hemoqlabini artırır.
Alma və armud
Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır.
Yaşıl çay
Gündə sadəcə bir stəkan yaşıl çay içmək metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola faydası var.
Sarımsaq
Damarları genişləndirir, qan təzyiqini azaldır.
Tünd şokolad
Qan təzyiqini normallaşdırır və şişkinliyə qarşı faydalıdır.
İspanaq
Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini normallaşdırır.
Zeytun yağı
Sadəcə bir neçə çay qaşığı zeytun yağı pis xolesterol səviyyəsini azaldır və qan şəkərini normallaşdırır.