Sağlam qidalanmağa çalışarkən, bilmədən sizi narahat edə biləcək və ya əhvalınıza mənfi təsir edəcək qidaları seçmiş ola bilərsiniz.
Bu vəziyyətin baş verməməsi üçün sadəcə bəzi qidalardan çox istifadə etməməyə diqqət yetirməlisiniz.
Medicina.az əhval-ruhiyyəni korlayan qidaları təqdim edir:
MEYVƏ ŞİRƏSİ
Meyvə şirəsi ilk baxışdan sağlam içki kimi görünə bilər, lakin tərkibində lif yoxdur. Buna görə də qan şəkərinin ani dalğalanmalarına səbəb ola bilir. Onun əvəzinə su içməyə və ya meyvə yeməyə çalışın.
QAZLI İÇKİLƏR
Qazlı içkilər tərkibindəki şəkərə görə zərərli ola bilər. Bəzi tədqiqatlar bu içkiləri depressiya ilə də əlaqələndirir. Qazlı içkilərin tərkibindəki kofein narahatlıq yaradır. Onların əvəzinə mineral su içməyə çalışın.
AĞ ÇÖRƏK
Çörək yemədən doymursunuzsa və ya sendviçləri çox sevirsinizsə, ağ çörək əvəzinə tam taxıllı versiyalara üstünlük verin. Yüksək dərəcədə işlənmiş ağ un tez bir zamanda qan şəkərinə çevrilir və insanda yorğunluğa, halsızlığa səbəb olur. Bu da gün boyu əhval-ruhiyyəyə mənfi təsir edir.
KETÇUP
Ketçup çoxlu şəkər ehtiva edir. Onun tərkibindəki süni dadlandırıcılar narahatlıq və depressiya ilə əlaqələndirilir.
QIZARDILMIŞ TOYUQ
Ümumiyyətlə qızardılmış qidaların əksəriyyətində ətdən əldə edə biləcəyiniz faydaları azaldan, sağlam olmayan yağlar var. Toyuğu suda və ya buxarda bişirmək daha yaxşı seçimdir. Həmçinin hinduşka ətinə üstünlük vermək olar. Çünkü tərkibində insanı sakitləşdirən “triptofan” var.
SALAT SOUSU
Mağazadan aldığınız hazır salatlar xoşunuza gələ bilər. Lakin onların əksəriyyəti şəkər və yüksək fruktozalı qarğıdalı siropu ilə doludur. Hətta yüngül və ya şəkərsiz souslarda da adətən narahatlıq və depressiya ilə əlaqələndirilən “aspartam” var. Odur ki, salatı evdə hazırlamaq lazımdır. İspanaqlı salata üstünlük verin. Çünki bu göyərti stress və depressiya zamanı kömək edən maddələr ehtiva edir.
Aysel