Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar cinsi istəyi artırır - SİYAHI

  • 2020.01.30 17:35
  • 64896 Baxış
Bu qidalar cinsi istəyi artırır -   SİYAHI
Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var.

Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.

Medicina.az sizə cinsi istəyi artıran qidaları təqdim edir.

Aloe
Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərinə bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir

Banan
Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər


Reyhan
Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir

Vanil
Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin

Kürü
Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir

Zəncəfil
Kökü Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır

Soğan
Qırmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir


Manqo
İlahi nemətdir. Qadınlara da təsir edir

Bal
Əfsanələrə görə bal tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir.

Küncüt toxumu
Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir.


Ənginar
Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu "genital orqanları qızışdıran" adlandırır. Siz də ənginarı əldə edin. Çox faydalıdır.