Türkiyənin məşhur professoru Canan Karatay, boyu qısaldan qidaları açıqlayıb.
Medicina.az xəbər verir ki, professorun sözlərinə görə, şəkər qorxulu xəstəliklərin yaranmasına səbəb olur:
"Şəkər xərçəng hüceyrələrini qidalandırır. Odur ki, şəkəri minimuma endirin. Bütün işlənmiş karbohidratlar və bütün işləmiş unlar təhlükəlidir. Çörəklərin gec xarab olması üçün içinə çoxlu sayda qatqı maddələri əlavə edilir. Çoxlu su için və hər gün 20 dəqiqə öz tempinizdə yeriyin".
Karatay, boyun uzanması üçün də tövsiyələr verib:
"Boyunuzun uzanması üçün yağ və zülallı qidalar yeyin. Karbohidratlar boyun artmasına mane olur. Odur ki, karbohidratları uşaqların menyusundan çıxarın və ya azaldın”.
Çok teşekkür ederim