Gündəlik həyatımızda yediyimiz qidalar sağlamlığımız üçün çox önəmlidir. Hamımız dərimizin canlı və parlaq görünməsini istəyərik, bu durumda tükəttiyimiz qidalar ortaya girər.
Çox duz, şəkər, zərərli yağlar, kafein tərkibli qidalar vücudumuzda olan önəmli proteinləri məhv edir.
ŞƏKƏR
Artıq bir çoxumuz şəkərin nə qədər ziyanlı olduğunu bilirik. Artıq çəkidən tutmuş, qırışıqlıqlara və dərinin yaşlı görünməsinə yol açar.
TRANS YAĞLAR QAN DOLAŞIMINI ZƏİFLƏDƏR
Fast food, qızarmış yağlar, marqarin, konserva yeməklər və bütün abur cuburlar trans yağ tərkiblidir. Trans yağlar sadəcə ürək xəstəliyi riskini artırmaqla deyil, eyni zamanda damarları da sərtləşdirər.
Bu hal dəridəki qan axışını zəiflədər və erkən yaşlanmaya səbəb olar.
ARTIQ DUZ DEHİDRASİYAYA SƏBƏB OLUR
Duz orqanizmdə ödəmə, şişkinliyə yol açar. Eyni zamanda, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa yol açır. Vücud susuz qaldığı zaman isə dəri qırışır və daha erkən yaşlanır.
İŞLƏNMİŞ ƏTLƏR DƏ DEHİDRASİYAYA SƏBƏB OLUR
Bir çox insan tərəfindən sevilən sosiska, basdırma kimi ətlərdə çox miqdarda duz və qoruyucu maddələr vardır. İşlənmiş ətlərin tükətimi dehidrasiyaya səbəb olur və iltihaba yol açır.
Həmçinin bu məhsullar bədəndəki C vitamini miqdarını aşağı salar, bu da kollagen yaranması baxımından çox önəmlidir. Bunun yerinə ət tükətimini azaldın və tərəvəzli sendviçlər yeyin.
QIZARDILMIŞ KARTOFLAR ORQANİZMDƏKİ ÖNƏMLİ MİNERALLARI AZALDIR
Kartof orqanizmimizə daxil olduqdan sonra şəkərə dönür. Kartofu zərərsiz şəkildə yemək istəyirsinizsə ya qaynadın ya da sobada bişirin.
QƏHVƏ VƏ KAFEİNLİ İÇKİLƏR DƏRİNİZİ QURUDUR
Kafein bədəni susuz buraxar və nəm əksikliyinə səbəb olar. Bu durum dərini quru və həssas bir hala gətirir. Bunu həll etməyin sadə bir yolu vardır: içdiyiniz hər qəhvə üçün sadəcə bir stəkan su için və cildinizi nəmləndirməyi unutmayın.
ƏDVİYYATLI QİDALAR QIZARTI VƏ ŞİŞKİNLİYƏ SƏBƏB OLUR
Ədviyyatlı yeməklər, qan damarlarını genişləndirir və cildinizin erkən yaşlanmasına səbəb olur. Ədviyyatdan istifadə etmək sağlıqlı görünsə də bu buna diqqət etmək lazımdır.
Çünki mütəmadi ədviyyat istifadəsi allergik reaksiyalara, şişkinliyə və ya qalıcı qızarıqlığa səbəb ola bilər.
MANQAL KÖMÜRÜNDƏ BİŞƏN ƏTLƏR DƏRİYƏ ZƏRƏR VERİR
Qara və kömürləşmiş ət vücuda ciddi mənada zərər verir. Bu durum dəriniz üçün kolagen kimi təməl özəllikləri poza və yaşlı bir görünüşə yol açar. Manqal keyfi zamanı, qaralmış ətdən uzaq durun.
SAĞLAM YAĞLAR TÜKƏTİN
Təmiz yağlar sağlamlığınız və cildinizin gəncliyi üçün çox önəmlidir. Dərinizi qorumaq üçün somon, avakado, tünd yaşıl yarpaqlı tərəvəzlər, çərəz və kakos yağı kimi sağlam yağlar tükətməlisiniz.