Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar baş ağrısına səbəb olur

  • 2025.03.14 09:00
  • 80 Baxış
Bu qidalar baş ağrısına səbəb olur

Gündəlik həyatda etdiyimiz bir çox şey baş ağrısına səbəb ola bilər.

Bunlardan biri də yediyimiz qidalardır.

Medicina.az həmin qidaları təqdim edir:



KAFEİNLİ İÇKİLƏR:

Qəhvə, çay və enerji içkiləri kimi kofeinli içkilər tez-tez içilir.

Kofein həddindən artıq içildikdə baş ağrılarına səbəb olur. Xüsusilə kofein asılılığı yaranır ki, bu da baş ağrılarına səbəb ola bilər.
.
DUZLU QİDALAR:

Duz orqanizmin su balansına təsir edən ən vacib komponentlərdən biridir. Dehidrasiya baş ağrısının ümumi səbəbidir. Baş ağrıları orqanizmin su ehtiyacını ödəməkdə çətinlik çəkdiyi zaman yaranır. Tərkibində yüksək duz olan qidalar bədəndə maye itkisini artıra və baş ağrılarına səbəb ola bilər.

Çips, hazır şorba, konservləşdirilmiş qidalar və fast food kimi tərkibində yüksək duz olan qidalar baş ağrıları yaradır. Bundan əlavə, həddindən artıq duz qan təzyiqini artıraraq baş ağrılarının şiddətini artıra bilər. Buna görə də baş ağrısına meylli insanların həddindən artıq duzlu qidalardan uzaq durmaları xüsusilə vacibdir. Sağlam bir pəhriz vasitəsilə su qəbulunu təmin etmək baş ağrılarının qarşısını almaq üçün böyük bir addımdır.



İŞLƏNMİŞ ƏT:

Kolbasa, salam, vetçina kimi işlənmiş ətlər baş ağrısının ümumi tətikləyiciləridir. İşlənmiş ətlərdə olan tiramin adlı birləşmə qan damarlarını daralda və baş ağrılarına səbəb ola bilər. Tiramin xüsusilə miqren xəstələri üçün əhəmiyyətli bir tətikdir. Buna görə də işlənmiş ətlərin həddindən artıq çox yeyilməsi baş ağrılarının şiddətini artırar.

İşlənmiş ətlərin tərkibində yüksək miqdarda duz və əlavələr də var ki, bu da baş ağrılarını artıran başqa bir amildir. Miqren və baş ağrılarından əziyyət çəkən insanların belə qidalardan uzaq duraraq təzə ət seçmələri daha sağlam seçim ola bilər.



ŞOKOLAD:

Şokolad bir çox insanın sevdiyi qəlyanaltıdır. Ancaq şokolad bəzi insanlarda baş ağrılarına səbəb ola bilər. Şokoladın tərkibində feniletilamin və kofein kimi maddələr var. Bu maddələr qan damarlarını daraldar, baş ağrısına səbəb ola bilər. Xüsusilə miqren xəstələri şokolad yedikdə baş ağrılarının şiddətinin artdığını bildirirlər.

Baş ağrısı problemi olan insanlar üçün şokolad məhdudlaşdırılmalıdır. Baş ağrılarının qarşısını almaq üçün şokolad yerinə daha sağlam qəlyanaltılara üstünlük verilə bilər.

Aygün
Medicina.az