Qış mövsümündə soyuq havalar səbəbindən orqanizmdə bəzi problemlər ortaya çıxır. Bu onlardan biri də ağciyələrdə yaranana problemlərdir. Ağciyərlərin sağlmalığını qorumaq üçün bəzi qidaların böyük önəmi var.
Bir çox toksinli maddə fərqində olmadığımız halda belə ciyərimizə girir. Toksinli maddələr zamanla ciyərlərdə toplanır və müxtəlif problemlərə, müalicə olunmazsa isə, ağciyər xərçənginə səbəb ola bilər.
Bunun üçün əgər siqaret və spirtli içki vərdişləri varsa onlardan imtina etmək lazımdır. Əgər digər səbəblərdən ciyərlərdə toksinləşmə gedirsə,qarşısını almaq üçün sağlam qidalanmağa başlamaq lazımdır.
Medicina.az sizə ağciyərinizi toksinlərdən xilas edəcək qidalar haqqında məlumatı təqdim edir:
Zəncəfil - anti inflamatuar( iltihaba qarşı) təsir edən bu ədviyyat toksinləri tənəffüs sistemi və ağciyərlərdən uzaqlaşdırma və təmizləmə funksiyasını yerinə yetirir.
Sarımsaq- təbii antioksidant olduğu üçün, ağciyərlərin tam işləməsini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.
Kəklikotunun- tərkibindəki yağlar, bronxların tutulmasına qarşı əla təsirə malikdir. Öskürək və üst tənəffüs yolları iltihabına qarşıdır, antibakterial özəlliyi sayəsində bakteria yaranmasına qarşı mübarizə aparır.
Qara kök - öskürəyə yaxşı təsir edərək, bəlğəm sökücü funksiyanı həyata keçirir. İçərisindəki vitamin və minerallar sayəsində güclü antioksidat hesab edilir.
Üzüm tumu- içərisindəki resveratrol maddə səbəbindən ciyəri qoruyur.Xüsusilə xərçəngə qarşı güclü mübarizə aparır.
Kərəviz- kansrogen maddələrin yaranmasına, ağciyərlərdə yaranan xəstəliklərə və nitrozaminlərə qarşı qoruyucu funksiyası var.
Keçibuynuzu- ağciyəri toksinlərdən qorumada eynən bir detoks təsirinə malikdir.