Bu məhsulu mütəmadi yemək qalxanabənzər vəzinin problemlərini aradan qaldırmağa kömək edəcək.
“Medicina” xəbər verir ki, qastroenteroloq Daria Haritinovanın sözlərinə görə, qarabaşaq unu həm ucuz və həm də sağlamlığa müsbət təsir edəcək. Üstəlik müalicəvi məqsəd daşıyır.
“Qarabaşaq unundan çörək və şirniyyatların hazırlanması ilə yanaşı müalicəvi içki də hazırlamaq olar.
Qarabaşaq unundan hazırlanan bu içki həm də əlavə çəkidən azad olmağa yardım edəcək. Həmçinin orqanizmi toksinlərdən təmizləyib, enerji verəcək.
Ancaq məhsulun əsas faydalı xüsusiyyəti tiroid vəzinin işini normallaşdırmasıdır. İstədiyiniz effekti əldə etmək üçün hər gün axşam saatlarında müalicəvi içki hazırlamaq, səhər isə acqarına içmək lazımdır.
Bunun üçün 1 xörək qaşığı qarabaşaq unu və bir stəkan qatıq lazımdır.
Quru qarabaşaq yarmasını qəhvəüyüdəndən keçirin. Sonra onu bir stəkan qatığa əlavə edib, yaxşıca qarışdırın. Hazır içkini soyuducuya qoymaq lazımdır. Səhər yeməyindən əvvəl boş mədəyə içilməlidir.
Yalnız iki komponentə əsaslanan təbii müalicəvi vasitə sayəsində sağlamlığınız möhkəmlənəcək:
- qan şəkərinin səviyyəsi azalacaq
- Mədə-bağırsaq sistemi saat kimi işləyəcək
- tiroid vəzi lazımi hormonları düzgün nisbətdə istehsal etməyə başlayacaq
- mədəaltı vəzin işi yaxşılaşacaq.
Günay Quluzadə