İnsanlarda böyrək daşlarına səbəb olan xüsusi bir qida və ya içki yoxdur.
Medicina.az xəbər verir ki, bunu Mayo Klinikasının uroloqu Aaron Potretzke “MedicalXpress”ə bildirib.
Həkim böyrək daşlarının əmələ gəlməsinin bir neçə səbəbi ola biləcəyini deyib.
“Onlardan biri pis qidalanmadır. Bununla belə, daşların qarşısını alan vahid pəhriz yoxdur”, - deyə həkim qeyd edib.
Uroloqun sözlərinə görə, hərhansı qidanı məhdudlaşdırmaq və ya istehlakını artırmaq üçün əvvəlcə müayinə və analiz şərtdir:
“Tövsiyə olunan məhsulların siyahısı yalnız hər bir konkret halda böyrək daşını təhlil etdikdən sonra tərtib edilə bilər. Fakt budur ki, daşlar kimyəvi tərkibinə görə fərqlənir. Bu o deməkdir ki, onların formalaşma riski müxtəlif yemək vərdişlərindən təsirlənir”.
Doktor Potretzke bir çox insanın südün böyrək daşları yaratdığına inandığını, ancaq bunun yanlış fikir olduğunu diqqətə çatdırıb:
“Əslində, süddən çəkinmək və ya pəhrizinizdə süd miqdarını azaltmaq paradoksal olaraq daş əmələ gəlməsi riskini artıra bilər”.
Böyrəklərin sağlamlığını qorumaq üçün həkim içki rejiminə riayət etməyi tövsiyə edib. Onun sözlərinə görə, laym və ya limon şirəsi kimi limon turşusu yüksək olan içkilər faydalı ola bilər.
Aysel