Hazırda bir çox qadına yumurtalıq kistası diaqnozu qoyulur. Qısırlıq, qanaxma, aybaşı pozğunluğu və ya xərçəng kimi problemilərin qarşısını almaq üçün bu kistalar vaxtında məhv edilməlidir. Şəkər çuğunduru və bəkməzi ilə hazırlayacağınız resept sağlamlıq baxımından olduqca faydalıdır. Həmçinin yumurtalıq kistalarının ciddi bir xəstəliyə çevrilməsinin qarşısını alır. Bəs sözügedən qarışıq necə hazırlanır?
Yumurtalıq kistasına adətən doğuşdan sonra rast gəlinir. Bəzən qadınların bir qismi bu diaqnoza əhəmiyyət vermir. Lakin bəzən cərrahi müdaxilə mütləq olur.
Simptomları
- Menstruasiyanın pozulması yəni xüsusi ilə qanaxma dövrü uzanır.
- Aşağı gövdədə-çanaq ağrıları
- Qarının aşağı hissəsində ağrılar
Şəkər çuğunduru və çuğundur bəkməzi yumurtalıq kistasının qarşısını alır. İki qidadan hazırlanan qarışıq güclü xüsusiyyətə malikdir. Şəkər çuğunduru xüsusi ilə immuniteti gücləndirir. Çuğundur bir və iki illik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd – qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Bu bitki orqanizmdə balansı qoruyan təsirli tərəvəzdir.
Çuğundur bəkməzi
Çuğundur bəkməzi; kalsium, mis, dəmir, kalium, B vitamini xüsusi ilə B6 baxımından zəngindir. Rəngi nə qədər tünd olsa tərkibindəki faydalı qidalar da o qədər çoxdur. Tibbi baxımdan bu qidalar amin turşusu ilə zəngindir. Buna görə də şişlərin yaranması ehtimalını azaldır.
Yumurtalıq kistasını yox edən resept
- 7 ədə orta boy çuğundur
- 2 stəkan çuğundur bəkməzi
Əvvəlcə çuğundurları yuyun, daha sonra qabığını soyun. Xırda doğrayıb, blenderə atıb qarışdırın. Suyunu tənzif vasitəsi ilə süzün. İstəyə uyğun olaraq qarışığa 3 və ya 4 çuğundur yarpağı da əlavə edə bilərsiniz. Əldə olunan vasitəni şəkər çuğunduru bəkməzi ilə qarışdırın və qarışığı şüşə qaba boşaldın. İçməzən əvvəl yaxşıca çalxalayın və soyuducuda saxlayın.
Qəbul qaydası
Bu qarışığı bir neçə üsulla qəbul etmək olar:
- Səhər yeməyindən ən azı yarım saat əvvəl ac qarına için
- Günorta yeməyindən yarım saat əvvəl
- Axşam yeməyindən yarım saat qabaqcadan içə bilərsiniz
Bu qarışığı 2 ay davamlı olaraq içə bilərsiniz. Kistaların yavaş-yavaş azaldığını müşahidə edəcəksiniz. Təbii ki, məlhəmi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməyi unutmayın
Ayna
Medicina.az