Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qarışım sizi öskürəkdən xilas edəcək - Təbii istiot çayı

  • 2019.02.07 09:19
  • 8730 Baxış
Bu qarışım sizi öskürəkdən xilas edəcək -  Təbii istiot çayı

 



 

İstiotu bir ədviyyat kimi yeməklərdə istifadə edirik. Lakin onun faydaları tükənməzdir. Bu bitkidən soyuqlama və öskürəyə qarşı çox güclü təbii dərman da hazırlamaq mümkündür.  


Medicina.az sizə ən təsirli öskürək reseptini təqdim edir: 


Öskürəkdən əlavə bu çay, təbii antioksidantdır, bədəndə olan sərbəst radikalları azaldır, nəfəs darlığı, menstruasiya ağrıları, həzm problemlərinə də yaxşı təsir edir. 


Çayı axşam yeməyindən əvvəl hər gün içmək olar. Ancaq istiota allergiyası olan insanlar yaxşı olar ki, ondan istifadə etməsinlər.


Tərkibi:

 

• 6 ədəd istiot dənəsi

• 2 ədəd mixək 

• 1 diş sarımsaq

• 1 çubuq darçın

• 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil və ya yarım çay qaşığı zəncəfil tozu 

• İstəyə görə yarım çay qaşığı bal 

• 2-3 damcı limon suyu


Bütün məhsulları bir qaba qoyub üzərinə qaynar su tökərək 20 dəqiqə dəmləyin. 


Arzu

Medicina.az