Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qan qrupunun insanları daha uzunömürlü olur - AÇIQLAMA

  • 2021.04.29 18:46
  • 3643 Baxış
Bu qan qrupunun insanları daha uzunömürlü olur   - AÇIQLAMA


İnsanın sahib olduğu qan qrupu onun sağlamlıq və ömrünün müddətinə təsir edir. Alimlər hesab edir ki, bəzi qan qrupları ciddi xroniki xəstəliklərin səbəbi olur, digəri isə əksinə insanı daha güclü edib, sağlamlığının keşiyində durur.



Medicina.az xəbər verir ki, alimlər I qan qrupunun daşıyıcılarının daha şanslı olduğunu açıqlayıb.
Bir insan ömrü boyu nə qədər az sayda ciddi xəstəlik keçirirsə, onun daha çox yaşama şansı yüksəlir.

Birinci qan qruplu insanlar az halda ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Alimlər bir neçə ölkənin 12 mindən artıq müxtəlif qan qruplu insanlarının tibbi məlumatlarını araşdırıb.
Nəticə say çoxluğu ilə I qan qrupunun daha uzun ömürlü olduğunu göstərib.

II qrup insanları diabet, stress və viruslardan daha çox xəstəlik keçirirlər, bu da ömrün qısalmasına səbəb olur.
III qan qrupunun isə ürəyi digərlərindən daha zəif olur.

Ən şanssız isə IV qan qrupu hesab edilib. Statistika göstərib ki. məhz bu qrupdan olan insanlar artıq dünyaya anadangəlmə xroniki xəstəliklərlə doğulur, anadangəlmə ürək qüsurlu körpələrin əksəriyyəti də bu qan qrupundan olur.


Koronavirus infeksiyası zamanı da həkimlər II və IV qan qrupundan olan xəstələrin virusa qarşı immunitetlərinin zəif olduğunu bildiriblər.
Birinci qan qrupundan olanların isə qanı viruslara qarşı daha dözümlüdür.