Elmi tədqiqatlar daha çox üçüncü qan qrupunda şəkərli diabet xəstəliyinin rast gəlindiyini sübut edib.
Medicina.az xəbər verir ki, alimlər elmi araşdırmalarında şəkərli diabet xəstələrinin 45%-nin III qan qrupundan olduğunu aşkarlayıb. İkinci qrupun payına isə 28% düşüb.
Digər elmi işdə isə əksinə qan qrupu ilə diabetin əlaqəsi olmadığını sübut ediblər.
Birinci qan qrupu ilə şəkərli diabetin əlaqəsi araşdırılmayıb.
Halbuki Yer əhalisinin çox hissəsi I qrup qanı daşıyır.
Dietoloqlar I qan qrupunun DNT və genetik səviyyədə çox xroniki xəstəliklərə qarşı dözümlülük olmasını əsas gətirərək, onlarda diabetə az rast gəlindiyini əsaslandırır.