Menopauza dövründə gecə tərələmələri və isti basma ilə daha çox qarşılaşan qadınların təhlükəli qaraciyər xəstəliklərindən əziyyət çəkmə ehtimalının üç dəfə daha yüksək olduğu anlaşılıb.
Medicina.az xəbər verir ki, mütəxəssislər vazomotor simptomlar olaraq da bilinən bu narahatedici təsirləri yaşayanların yüngül simptomları olanlara nisbətən “alkoqolla əlaqəli olmayan yağlı qaraciyər xəstəliyi” (Nonalcoholic Fatty Liver Disease) tutulma riskinin üç dəfə çox olduğunu aşkar ediblər.
Komanda menopoz və postmenopozal dövrdəki 106 qadının sağlamlıq vəziyyətini təhlil etdikdən sonra bu nəticəyə gəlib. Tədqiqatçılar qadınların hormon əvəzedici terapiyadan (HRT) istifadə edib-etmədiklərini, neçə yaşda olduqlarını və ya nə qədər məşq etdiklərini də nəzərə alıblar.
Qaraciyərdə piy yığılması nəticəsində yaranan NAFLD ciddi ziyan vurma potensialına malikdir və diabet, yüksək təzyiq riskinin artması ilə əlaqələndirilir. Dəlillər, həmçinin NAFLD xəstələrinin koroner ürək xəstəliyi və nizamsız ürək döyüntüsü riski altında olduğunu göstərir.
"Bu tədqiqat vazomotor simptomlar və kardiometabolik risk faktorları arasındakı əlaqəni başa düşməyə kömək edir. Bu, çox vacibdir, çünki isti basmanın və gecə tərləmələrinin metabolik problemlər riskinin artmasına işarə edə biləcəyini göstərir”, - deyə araşdırmanın baş tədqiqatçısı, Afina Kapodistrian Universitetindən Dr. Eleni Armeni bildirib.
"Bu simptomları yaşayan qadınlar problemi həll etmək və ürək-damar sağlamlığını qiymətləndirmək üçün mütləq həkimə müraciət etməlidirlər", - deyə Dr. E. Armeni qeyd edib.
Tədqiqatçılar ümid edirlər ki, onların tapıntıları səhiyyə işçilərini klimaks dövründəki dövründəki qadınları yalnız HRT-yə yönəltməklə kifayətlənməməyə, onların ümumi sağlamlığı üçün daha diqqətli davranmağa sövq edəcək.
Aysel