Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bu qadınlar sonra intim həyatda problemlər yaşayır"- Həkim dərmanın fəsadlarından danışdı

  • 2021.02.17 16:01
  • 2759 Baxış
"Bu qadınlar sonra intim həyatda problemlər yaşayır" - Həkim dərmanın fəsadlarından danışdı


Psixiatra, nevroloqa gedənlərin əksəriyyətinə antidepressant yazırlar. Xüsusən nevroloqa gələn hər cavan qadına antidepressant yazmaq onun gələcəkdə ailəsində problemlərin artmasına səbəb ola bilər. Çünki ən çox yazılan antidepressantlar selektiv serotonin gerialma inhibitorları (SSRİ antidepressantları) qadınlarda seksual disfunksiyaya səbəb olur. Bu qadınlar orqazma çata bilmir.

Medicina.az xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, hətta dərmanın içilməsini dayandırdıqdan sonra bu əlavə təsir illərlə çəkə bilir:

“Dərmana bağlı anorqazmiyanı əsasən müasir, geniş yayılmış SSRİ antidepressantları - “fluoxetine”, “sertraline”, “paroxetine”, “fluvoxamine”, “clomipramine”, “buspirone”, “nefazodone”, “bupropion”, “cyproheptadine”, “amantadine”, “yohimbine” və mərkəzi sinir sistemi stimulyantları (enerji içkiləri) törədir.

Əvvəllər psixoterapiya var idi. İndi həkimlər hər gələn xəstəyə özlərini yormayıb antidepressant yazırlar. Həkimlər ümumiyyətlə 2 qrupa bölünür: əsl həkimlər və sadəcə dərman yazanlar”.