Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qadın həftədə 14 ədəd süngər yeyir - Nadir xəstəlikdən əziyyət çəkir

  • 2017.10.10 11:24
  • 13433 Baxış
Bu qadın həftədə 14 ədəd süngər yeyir -  Nadir xəstəlikdən əziyyət çəkir
Pika xəstəliyindən əziyyət çəkən Emma Snovdan həftədə 14 süngər yeyir.


Medicina.az xəbər verir ki, qadın gündə 3 süngər yediyini, əhvalının pis olduğu günlərdə isə 5 ədəd yediyini bildirib. Vəziyyətindən şikayət edən Emma müalicə olmaq istəyir.


"Bu alışqanlıq o qədər zərər vurur ki... Bir gün yağışlı havada uşaqlarımla evə qədər piyada gəlməli olduq. Çünki avtobusa verəcəyim pula süngər aldım. Süngər 2.29 strelinqdi, mənim cibimdə də sadəcə 2.50 sterlinq vardı”-deyə Snovdan vurğulayıb.


Qeyd edək ki, Pika xəstəliyi mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən halıdır. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini təxmin edirlər.