Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qadağalar qüvvəyə mindi - SİYAHI

  • 2021.09.01 09:15
  • 3655 Baxış
Bu qadağalar qüvvəyə mindi -  SİYAHI
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən - 1 sentyabrdan dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələrində, bütün elm və təhsil müəssisələrində COVID pasportu tələb olunacaq.

Qərarda həmçinin qeyd edilir ki, 1 sentyabrdan ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.

Medicina.az xəbər verir ki, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

1. ictimai iaşə müəssisələrində - kafe, restoran və s.
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində.

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı isə aşağıdakı kimidir:

1. Kommunal sahə üzrə:

- elektrik enerjisi, qaz, istilik ilə təchizat;

- su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

- tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

- dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

- liman xidmətləri;

- logistika xidmətləri;

- telekommunikasiya və rabitə xidmətləri;

- poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

- sosial xidmətlərin göstərilməsi;

- fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

- topdan və pərakəndə ticarət;

- ictimai iaşə;

- yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5.Turizm sahəsi üzrə:

- mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri

- göstərən müəssisələr;

- turagentliklərinin və turoperatorların fəaliyyəti.

6. Maliyyə xidmətləri üzrə:

- maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

kirayə və lizinq fəaliyyəti;

daşınmaz əmlakın alınması və satılması xidmətləri;

memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

reklam fəaliyyəti və bazarın öyrənilməsi;

işə düzəltmə agentliklərinin fəaliyyəti;

tədris və repetitor xidmətləri;

tərcümə üzrə xidmətlər;

dizayn fəaliyyəti;

fotoqrafiya sahəsində fəaliyyət;

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,

kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

dezinfeksiya xidmətləri;

toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi

təmizlənməsi;

dərzi xidmətləri;

bərbərxana və gözəllik salonları;

baytarlıq fəaliyyəti;

heyvan sığınacaqları.

Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb.