Yeni bir araşdırma danışıq-davranış terapiyasının ürək xəstəliyi riskini azalda biləcəyini göstərib.
“Medicina” xəbər verir ki, danışıq terapiyası nəinki, ürək xəstəliyi risklərini azaldır, eləcə də psixoloji dəstək kimi qiymətləndirilir.
Həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, Danışıq terapiyası ürək xəstəliyinin inkişaf riskini azalda bilər.
Depressiyanın müalicəsində koqnitiv davranış terapiyası (CBT) fiziki sağlamlığın yaxşılaşdırılmasında rol oynaya bilər.
Əvvəlki tədqiqatlar göstərdi ki, depressiyaya məruz qalan xəstələrdə ürək və damar xəstəliklərinə tutulma ehtimalı olmayanlara nisbətən təxminən 72% daha çox olur.
Tədqiqatçılar müəyyən ediblər ki, psixoloji müalicədən sonra depressiya əlamətləri yoxa çıxanların orta hesabla üç il ərzində ürək-damar xəstəliklərinə tutulma ehtimalı azdır.
Depressiyadan əldə edilən güclü irəliləyişlər istənilən vaxt gələcək ürək-damar xəstəliklərinin 12 faiz azalması ilə əlaqələndirilir.
Psixi sağlamlığın yaxşılaşması ilə ürək-damar xəstəliyi riskinin azalması arasında əlaqə 60 yaşdan aşağı insanlarda daha güclüdür.
Bir ehtimal da var ki, psixoloji terapiyaya yaxşı cavab verən xəstələrin daha yaxşı həyat tərzi sürməsidir.
Aygün Musayeva