Finlandiya mütəxəssisləri koronavirusun müalicəsində yeni preparatları sınaqdan keçirirlər.
Onlar 3 yeni dərmanın üzərində dayanıblar: biri xərçəngə qarşı imatinib, autoimmun xəstəliklərin müalicəsində istifadə edilən infliksimab, üçüncüsü malyariya əleyhinə artesunatdır.
Medicina.az xəbər verir ki, qanda lipid və xolesterin əleyhinə dərman olan fenofibratın da koronavirusa effektiv təsiri sübut olunub.
Alimlər müəyyən edib ki, fenofibrat virusun hüceyrələrdə yayılmasının qarşısını ala bilər. Hələ ki, bu preparat patentləşməyib.
“Bizim təcrübələr göstərir ki, fenofibrat covid 19 ağırlaşmasının dərəcəsini çox azalda bilər, eləcə də virusun yayılmasının qarşısını alar – deyə Eliza Viçençi bildirib.