Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu populyar qidalar gözləri kor edə bilər

  • 2022.11.03 14:35
  • 2297 Baxış
Bu populyar qidalar gözləri kor edə bilər


Bir sıra populyar qidalar gözlərə zərər vurub, görməni tam zəiflədir.

"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva hansı qidaların gözlərə zərərli olduğunu açıqlayıb.

"Sadə, asan həzm olunan karbohidratlar - yəni un, çörək, şirniyyat, makaron, süd gözün sarı cisminin degenerasiyasını artırır. Bu isə görmənin itməsini tam itirə bilər.

Xüsusən diabet və təziq xəstələri risk altındadır. Dadlı, şirin, amma təhlükəli qidalar gözləri təhlükə altına qoyur. Buna səbəb bu qidaların tez həll olub, qanda kəskin şəkər yüksəlməsinə səbəb olmasıdır.

Şəkər, şəkər tozu, qənd, süni şirinləşdiricilər - gözlərdə geridönməz dəyişikliklər yarada bilər.
Şirin içkilər diabetik retinopatiyanı, torlu qişanın cırılması və görmənin itirilməsinə kimi gətirib çıxara bilər.

Ət və ət məhsulları - baxmayaraq ki, zülal mənbəyidir, çiy, çox termiki işlənmiş və yağda qızardılmış gözdibi təzyiq və torlu qişanın, gözün arxa hissəsinin xəstəliklərinə səbəb ola bilər.

Ona görə də bu qidaları az qəbul edin".

Aygün Musayeva