ABŞ-da depressiyada olanlar üçün pişiklərdən ibarət köşk qurulub.
Medicina.az xəbər verir ki, Los-Anceles şəhərində yerləşdirilən köşk mənəvi problemlərdən xilas olmaq üçün şəhər sakinlərinə kömək olur. Belə insanlar içəri daxil olaraq pişik balaları ilə oynayırlar.
Köşkün döşəməsi yaşıl otla örtülüb. Burada yaşıl rəngdə yastıqlar da var. İçəri daxil olan adam yastığa söykənərək yaşıl rəngli qulaqcıqları taxır, sakitləşdirici mahnılar dinləyir. Şəhərin bütün səs-küyündən xilas olur. Pişiklər isə onun əhvalını qaldırır.
Mütəxəssislərin sözlərinə görə, əgər insan gün ərzində cəmi 30 dəqiqə pişiklə vaxt keçirərsə, əhvalı tamamilə dəyişir. Heyvanla təmas isə insan orqanizmində stress hormonu olan kortizolun miqdarı azalır. Bunun əvəzində qana xoşbəxtlik hormonları daxil olur.