Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu peyvənd artıq koronavirusdan qorumur

  • 2023.10.23 14:15
  • 1966 Baxış
Bu peyvənd artıq  koronavirusdan qorumur

Rusiyanın Sputnik V peyvəndi koronavirusdan qorumur.

"Unikal" xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq yerli KİV-ə açıqlamasında deyib


Onun sözlərinə görə, orijinal dərman ilk iki il ərzində - 2020-ci ilin avqustundan təxminən 2022-ci ilin iyuluna qədər COVID-19-a qarşı immunitet təmin edib.

“2022-ci ilin yayının ortalarından başlayaraq, Omicron 1, 2 və 3 variantları ortaya çıxanda Sputnik V-in səmərəliliyi 8 dəfə azalıb", - Gintsburq izah edib.

"Omicron"un Kraken kimi tanınan XBB.1.5 variantının təqdim edilməsindən bəri peyvənd qoruma təmin etməyi dayandırıb. Bu səbəbdən akademik hesab edir ki, 2022-ci ilin yayında dərmanın antigen tərkibini dəyişmək lazım idi.