Delta virus və ya Hindistan ştammı göründüyü qədərilə daha yolxucudur və ağır nəticələr verir. Bir qorxu da var ki, indiyə qədər inkişaf etdirilən peyvəndlər buna təsir göstərməsin. Doğrudur, buna etiraz edənlər də çoxdur. Amma hələlik bu haqda dəqiq bir fikir bildirmək olmaz. Hesab edirəm ki, bir az daha ətraflı məlumata ehtiyac var. Buna görə də bir az diqqətli olmaq lazımdır.
Medicina.az Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl teleqraf.com-um suallarını cavablayıb.
O deyib ki, bundan sonra kovid peyvəndi ildə 2 dəfə hər kəsə vurulmalıdır.
" Mövcud vəziyyətdə bunu dəqiq demək mümkün deyil. Amma pandemiya minimum 10 il davam edəcək
Virusdan qurtaracağımıza dair üfüqdə bir şey görünmür. Doğrudur, indikindən daha rahat olacağıq, amma hələ pandemiya davam edir. Və görünür ki, hələ uzun müddət də davam edəcək."