Dünyada daha bir prezident koronavirusa qarşı vaksinasiya prosesindən keçib.
Bu dəfə Perunun dövlət başçısı Fransisko Saqasti vaksin olunub. F.Saqasti Çinin dərman şirkəti olan "Sinopharm"ın istehsal etdiyi COVID-19-a qarşı vaksinlərdən istifadə edib.
"Bu gün ən yaxşı qalxan və qoruyucu olan vaksinlərin güvənli və həyat qurtaran olduğunu dəstəkləmək üçün vaksin olundum. Hər zaman xalqla çiyin-çiyinəyəm", - deyə Peru prezidenti söyləyib./Unikal.org