Argentina prezidenti Alberto Fernandes bildirib ki, onun koronavirus testi müsbət çıxıb.
Medicina.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün tvitterdəki səhifəsində yazıb.
"Bu axşam hərarətim 37,3-ə yüksəldikdən və yüngül baş ağrısı olduqdan sonra mən antigenin üzə çıxardılması üçün test verdim, hansı ki, nəticəsi müsbət oldu", - deyə dövlət başçısı tvitterdə yazıb.
Fernandes əlavə edib ki, özünü yaxşı hiss edir.
"Testin təsdiqlənməsini gözləsək də, protokola uyğun olaraq artıq özümü təcrid etdim və həkimlərin tövsiyələrini yerinə yetirirəm", - dövlət başçısı deyib.