Portuqaliya prezidenti Marselo Rebelo de Souzanın yeni növ koronavirus (COVID-19) testi pozitiv çıxıb.
Medicina.az-ın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Portuqaliya prezidentində xəstəliklə bağlı hər hansı simptom aşkarlanmayıb.
Bildirilib ki, Portuqaliya prezidenti karantinə alınacaq.
Qeyd edək ki, Portuqaliyada yanvarın 24-də prezident seçkiləri keçiriləcək. Prezident seçkilərinə qatılacaq Marselo Rebelo de Souza rəy sorğusuna görə favorit hesab edilir.