Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkənin prezidenti də vaksin vurdurdu - FOTO

  • 2021.05.07 12:13
  • 1590 Baxış
Bu ölkənin prezidenti də vaksin vurdurdu -  FOTO
Moldova Prezidenti Maya Sanduya yeni növ koronavirusa (COVID-19) qarşı “AstraZeneca” peyvəndinin ilk dozası vurulub.

Medicina.az -n xəbərinə görə, Moldova Prezidenti bu barədə “Facebook”da bildirib.

”Bu gün “AstraZeneca” peyvəndinin ilk dozasını vurdurdum. Buna görə məmnunam, çünki bu yolla həm özümün, həm də təmasda olduğum insanların - ailəmin, dostlarımın, həmkarlarımın sağlamlığını qoruyuram. Hamını peyvənd olunmağa çağırıram. Moldovada hazırda kifayət qədər peyvənd dozası var. Ailə həkiminizdən peyvəndin vurulması üçün vaxt təyin etməsini istəyin. Həyatınızı və sağlamlığınızı qorumaq üçün bu fürsətdən istifadə edin!”, - deyə Moldova Prezidenti əlavə edib.


Qeyd edək ki, daha əvvəl İtaliya , Gürcüstan , Rusiya preizdentləri də vaksinasiya olunub.