Hindistanın Dəmir yolu naziri Sureş Anqadi COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, vəziyyətinin ağırlaşması səbəbilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən nazir ötən gün burada vəfat edib.
Hindistan Baş naziri Narendra Modi Anqadinin iqtidardakı partiyasının müstəsna işçisi olduğunu bildirərək onun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Hindistanda bu günədək 5 milyon 737 min 197 nəfər koronavirusa yoluxub, 91 min 204 nəfər ölüb.