Avropa Birliyi (AB) ölkələrində peyvənd sertifikatları iyun ayının ortalarından etibarən tədricən tətbiq ediləcək ki, bununla da hərəkət sərbəstliyi bərpa olunacaq.
Medicina.az xəbər verir ki, bunu AB sammitinin sonunda Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Leyen isə qeyd edib ki, AB ölkələrinin “yaşıl keçid məlumat bazası”na qoşulması peyvənd sertifikatlarının mərhələli istifadəsinə imkan verəcək.
Zirvə toplantısı zamanı von der Leyen AB-də 170 milyon insanın (yetkin əhalinin 46% -i) koronavirusa qarşı peyvəndin ilk dozasını aldığını söyləyib. Onun sözlərinə görə, Avropa Komissiyası yetkin əhalinin 70% -nin tam peyvəndini iyulun sonunadək başa çatdırmaq niyyətindədir.