Koronavirusun ən çox yayıldığı Avropa ölkələrindən İtaliya və İspaniyada yoluxma, həmçinin ölüm sayı sürətlə artır.
Medicina.az xəbər verir ki, son 24 saatda İtalyada 1367, İspanyada isə 7 min 296 nəfər COVID-19-a yoluxub.
İTALİYA
Səhiyyə nazirliyinin gündəlik açıqladığı sayıya görə, ölkədə son 2 gündür 1000-dən aşağı olan yoluxma sayı, bugün yenidən artıb. Son 24 saatda 1367 yeni yoluxma sayı qeydə alınaraq, ümumilikdə COVID-19-a yoluxanların sayı 262 min 540-a yüksəlib. Ölkədə son 24 saatda daha 13 nəfər virusdan həyatını itirib. Fevraldan bu yana ölənlərin sayı 35 min 458-ə çatıb.
Sardiniya adası virusun yeni mərkəzi oldu
Ölkənin qərbində yerləşən Sardiniya adası yaydan əvvəl virusun ən az yayıldığı yerlərdən biri idi. Amma son günlərdə yeni yoluxmaların burada tətil edənlərdən çıxması diqqəti çəkib. ANSA xəbər agentliyi ölkədə Covid-19-un ikinci dalğasının Sardiniya adasından çıxdığını yazarkən, adanın şimalında dünyaca məşhurların da tez-tez getdiyi “Costa Smeralda”da bir çox yerin bağlanmalı olduğu qeyd edildi. Buradakı yerlərdən olan və 17 avqustda bağlanan "Billionaire" adlı məkanda 63 nəfərin virus testinin pozitiv çıxdığı, məkanın sahibi İtalyanın zəngin işadamı Flavio Briatorenin də COVID-19-a yoluxduğu mətbuatda yazıldı.
İSPANİYA
Səhiyyə nazirliyi dünən 4 min 553 olaraq açıqladığı yeni yoluxma sayının bu gün 7 min 296 nəfər də artaraq 419 min 849-a çatdığını bildirdi.
Paytaxt Madriddə və cənubdakı Andalusiya bölgəsində yeni oluxma sayının artması diqqət çəkdi. Eyni zamanda, ölkədə son 7 gündə COVID-19 səbəbi ilə xəstəxanada 1514 nəfərin müalicə aldığı və bunlardan 102-nin reanimasiyada olduğu açıqlandı.