Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədəki elektron siqaretlərin tərkibində narkotik aşkarlanıb

  • 2024.03.13 13:15
  • 953 Baxış
Bu ölkədəki elektron siqaretlərin tərkibində narkotik aşkarlanıb
Birləşmiş Millətlər Təşkilatının “2023-cü il Dünya Narkotik Hesabatı”nda elektron siqaretlə bağlı Türkiyədəki təhlükəyə diqqət çəkilib.

Medicina.az xəbər verir ki, hesabatda Türkiyədəki bəzi elektron siqaretlərin tərkibində sintetik marixuana olduğu bildirilib.

Türkiyədə elektron siqaretlə bağlı bu təhlükəni dilə gətirən Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Şurasının üzvü Sevil Atasoydur.

Atasoy elektron siqaretin zərərlərini belə izah edib:

“Elektron siqaret çəkənlər bunun zərərsiz olduğunu düşünür. Əslində elektron siqaretə heç bir maddə əlavə edilməsə belə, zərərlidir. Elektron siqaretlərin tərkibində hər hansı sintetik marixuana olarsa, bu daha böyük təhlükədir”.

O qeyd edib ki, tütün məmulatlarından daha məsum olduğu üçün üstünlük verilən elektron siqaretlər tərkibindəki kimyəvi maddələrə görə tənəffüs xəstəliklərindən ürək və qan dövranı sistemi xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb olur, gənclərdə beyin inkişafına mənfi təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı 34 ölkədə satışı qadağan edilmiş elektron siqaretlərlə bağlı təcili tədbirlər görməyə çağırır.

Qeyd edək ki, Türkiyədə elektron siqaretlərin idxalı və istehsalına 2020-ci ildən məhdudiyyətlər tətbiq edilib. Lakin qadağalar bazarda saxta məhsulların daha çox olmasına gətirib çıxarıb.

Son illərdə Azərbaycanda da gənclər arasında elektron siqaretlər sürətlə populyarlaşıb.

Aysel