Avstriya Milli Şurası (Avstriya Parlamentinin aşağı palatası) ölkədə koronavirusa qarşı vaksinasiyanın məcburi edilməsinin leyhinə səs verib.
Medicina.az -ın məlumatına görə, bundan sonra qanun layihəsinə Bundesrat (ölkənin federal torpaqlarının nümayəndəliyi) baxacaq.
Məlumata əsasən, vaksinasiya fevral ayından 18 yaşdan yuxarı vətəndaşlar üçün məcburi olacaq.