İtaliyada kovid vaksini vurdurmayanlar ictimai nəqliyyata buraxılmayacaq.
Medicina.az xəbər verir ki, ölkədə vaksin olunmayanlara qarşı məhdudlaşdırıcı tədbirlər başlayır.
10 yanvar tarixindən kovid setrifikatı olmayanlar avtobus, metroya buraxılmır.
Sertifikatı yaxın 3 ayda yoluxub sağalanlar da ala bilir.
Eləcə də vaksin olunmayanlara restoran, kafe, idman zalı, muzey, otellərə və nikah mərasimlərinə girmək qadağan olunub.
Fevraldan yaşı 50-dən yuxarı hər kəs üçün vaksin məcburi olacaq.