Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.
Ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saxta preparat Nuevo-Leon ştatında aşkarlanıb.
Nazirlikdə əlavə ediblər ki, bununla bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində altı nəfər saxlanılıb.
"İmmunizasiyanın bu tipinin tətbiqi əhalinin sağlamlığını təhlükə altına alır", - nazirlikdə vurğulayıblar.
Nazirlik həmçinin vətəndaşları ayıq-sayıq olmağa və yalnız dövlət mərkəzlərində peyvənd edilməyə çağırıblar.