Rumıniyada artıq qızılcaya 2000 nəfər yoluxduğu üçün epidemiya elanı qərarı verilib.
"Medicina" xəbər verir ki, rəsmi məlumatda belə deyilir:
“Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9-11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkə səviyyəsində qızılca epidemiyası elan edib”.