İspaniya parlamentinin Aşağı palatası (Deputatlar Konqresi) ölkədə koronavirusun yayılması ilə bağlı fəaliyyətini azı bir həftə müddətinə dayandırır.
Medicina.az Report-a istinadən xəbər verir ki, belə bir addım Xavier Orteqa Smit adlı deputatın koronavirusa yoluxmasından sonra atılıb.
Qarşıdakı müddət ərzində deputatların evdən çalışacaqları bildirilir. Bununla yanaşı, ölkənin bəzi bölgələrində məktəblər də bağlanır.