Kambocada COVID-19 pandemiyası rəsmən başa çatıb.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə son 31 gün ərzində COVID-19-a yoluxma halının olmadığı və sonuncu xəstənin sağaldığı açıqlanıb.
Nazirlik ölkənin COVID-19 epidemiyasına nəzarətdə əldə etdiyi uğuru koronavirusa qarşı vaksinlərin təsiri ilə əlaqələndirib.
2 il ərzində Kambocada pandemiyanın başlandığı gündən indiyədək 136 min 262 yoluxma halı aşkarlanıb, 3 min 56 nəfər ölüb.