Keniyanın Kakameqa bölgəsində səbəbi bilinməyən xəstəlikdən 4 nəfər dünyasını dəyişib.
Bu haqda Keniya Səhiyyə nazirliyi açıqlama verib.
Açıqlamada 627 nəfərin epidemiyaya məruz qaldığı, bu şəxslərin 7 ayrı sağlamlıq mərkəzində müalicə olunduğu deyilib.
Xəstəliyin qızdırma, qarın ağrısı, qusma və ishal kimi əlamətlərinin olduğu qeyd olunub.
Epidemiyaya görə iki məktəbdə tədris dayandırılıb.
Xəstəliklə bağlı araşdırmaların davam etdiyi bildirilib.