Meymunçiçəyinin ilk aşkar olunduğu Böyük Britaniyada yoluxanların sayı 1000-nəfəri keçib.
Bakupost.az xəbər verir ki, son həftədə yeni yoluxanların sayı 166 nəfər olub.
Bu barədə Birləşmiş Krallığın Səhiyyə təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Yoluxanların 70%-i kişilərdir. Bu vaxta kimi cəmi 10 qadının qanında virus aşkarlanıb.
Agentlik bildirib ki, infeksiya ölkə daxilində homoseksual əlaqədə olan kişilər arasında yayılır.
Yoluxanların orta yaş həddi 30-38 yaşdır.
Aygün Musayeva
BakuPost