Xorvatiyada koronavirusun "omikron" ştamının BA.4 və BA.5 variantları aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Xorvatiyanın İctimai Sağlamlıq İnstitutundan məlumat verilib.
"Xorvatiyada bütün epidemioloji tədbirlərin ləğv edildiyi bir vəziyyətdə, koronavirus daha asan yayılır və yeni BA.4 və BA.5 variantları peyvənd və ya keçirilmiş xəstəlik nəticəsində əldə edilmiş immuniteti rahat aşır", - deyə İnstitutdan bildirilib
Koronavirusa yeni yoluxma hallarının sayının artması tendensiyası ilə əlaqədar olaraq, Xorvatiya İctimai Səhiyyə İnstitutu əhalinin diqqətini yenidən peyvənd olunmanın zəruriliyinə yönəldib.