Braziliyanın Milli Sanitar Nəzarət Agentliyi 6 aylıq körpələrin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edilməsinə icazə verib.
Mediicna. az xəbər verir ki, bu yaş qrupunun peyvəndi üçün Amerikanın “Pfizer” əczaçılıq şirkətinin dərmanından istifadə etməyə icazə verilir.
"Peyvənd 0,2 ml-lik üç dozada vurulmalıdır. İlk iki doza arasında interval üç həftə, üçüncü komponent ikincidən ən azı səkkiz həftə sonra tətbiq edilməlidir", - tənzimləyici bildirib.
Aygün Musayeva