Yaponiyada daha 15 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az Qafqazinfo-ya istinadən bildirir ki, onların əksəriyyəti Hokkaydo adasında yaşayır.
Bununla da, ölümcül virusa yoluxanların ümumi sayı 758-ə çatıb. Ölkə daxilində Tokio (29 nəfər) və Hokkaydo şəhərləri (16 nəfər), eləcə də Vakayam prefekturası (13 nəfər) liderlik edir.