Hindistanda son sutkada 39 minə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Medicina.az xəbər verir ki, ölkədə ümumilikdə koronavirusa yoluxma hallarının sayı 1 milyon 077 min 618-ə çatıb, 373 min insan müalicə alır, 677 mini sağalıb, 27 min insan virus səbəbi ilə ölüb.
Hindistan yeni növ koronavirusun yayılması üzrə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.