Polşa COVID-19 daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə etməyi planlaşdırır.
Medicina.az xəbər verir ki, bu barədə ölkə mətbuatında yer alan məlumatlarda deyilir.
Bildirilir ki, heyvanlar biyomaterialların köməyi ilə koronavirusu olan insanları xəstəliyi keçirən, yoluxmayan və ya peyvənd edilməyənlərdən qoxlayaraq fərqləndirməyi öyrənəcəklər.
İtlərin ilk qrupu labradorlardan və bir ingilis koker-spanielldən təşkil edilib. Onlar səkkiz həftəlik kurs keçəcək və hava limanlarında çalışacaqlar.