İsveçrədə oktyabrın 19-dan etibarən bütün ictimai yerlərdə maska istifadəsi məcburi olacaq.
Bu barədə SRF telekanalı məlumat yayıb.
Ölkədə koronavirusa yoluxma hallarının artması səbəbilə nəqliyyat, dayanacaqlar, mağazalar, banklar, restoranlar, barlar, hotellər və digər ictimai yerlərdən maska taxılması tələb olunacaq. 12 yaşdan aşağı uşaqlar maskasız gəzə bilərlər.
Bundan əlavə, 15 nəfərdən artıq qruplar şəklində toplaşmaq qadağan edilib.