Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.
Medicina.az xəbər verir ki, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib: "Daha çox yoluxucu olan "Britaniya" ştammı əslində yeni bir virusdur".
Xəstəliyə yoluxanların sayındakı artım yanvar və fevral aylarında azalsa da, mart ayından göstəricilər yenidən artmağa başlayıb.